Bakıda içərisində 5 min manat olan pul kisəsi oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir qadına məxsus içərisində 5 min manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini M.Bəkirova saxlanılıb.