Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Turan Bayramov final görüşünə çıxıb.
“Unikal” xəbər verir ki, 74 kq çəki dərəcəsində rəqib iranlı Məhəmmədsadıq Firuzpur olub. Görüş Bayramovun qələbəsi ilə yekunlaşıb -2:1.
Bununla da Azərbaycan İslamiadada güləş növündə beşinci medalını qazanıb. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçi Hacı Əliyev (65 kq) qızıl, digər qadın güləşçi Alyona Kolesnik (59 kq) gümüş, daha bir sərbəst güləşçi Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.