Qarabağda həlak olan erməni hərbçilərinin valideynlərini Ermənistan Müdafiə Nazirliyindən heç kim qəbul etmir.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, dünən həlak olan erməni hərbiçisi Jora Saakyanın atası Vahrid Saakyan və Qarabağ Müharibəsində ölən ermənilərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçiriblər.

Onlar Erməni MN-i həlak olan erməni əsgərlərinin ailələrinə qarşı laqeyd yanaşdığına görə etiraz ediblər.

Aynurə Xudaverdiyeva