Sonuncu dəfə "Sadakatsız" serilanda rol alan aktrisa Melis Sezen yeni işləri üçün əmək haqqını artırıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha öncə bir bölüm üçün 20 min lirə alan aktrisa artıq 80 min lirə (təxminən 7 min 600 manat) tələb edir.
Sezen dijital platformada yayımlanan işlərdən isə 100-120 min lirə (təxminən 9.500-11.000 min manat) arası məvacib alacaq.