Göyçay rayonunda fərdi yaşayış evində yanğın baş verib.
"Unikal" xəbər verir ki, şəhər sakini, 1950-ci il təvəllüdlü Zeynalova Fəridə Heydər qızına məxsus ümumi sahəsi 165 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ev tamamilə yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Hazırda ərazidə alovun tam söndürülməsi prosesi gedir.
Faktla bağlı araşdırma aparılır.
























.jpg)











.jpg)




.webp)





.jpg)










