Azərbaycanlı üzgüçü Rəşad Əliquliyev V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
"Unikal"ın məlumatına görə, o, 400 metr məsafəni kompleks üsulla qət edərək finala çıxıb.
Xatırladaq ki, avqustun 14-də Məryəm Şeyxəlizadə finalda 50 metr məsafəyə batterflay üsulu ilə üzərək gümüş medal qazanıb.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.