Rutgers Universitetinin (Nyu Cersi) alimləri hansı ölkələrin hipotetik nüvə müharibəsinin nəticələrinin öhdəsindən gəlmək şansı daha yüksək olmasını müəyyən ediblər. 

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələrinə görə, müxtəlif ölkələrin iri şəhərlərinə və sənaye mərkəzlərinə atom döyüş başlıqları atılacağı təqdirdə odlu tufanlar başlayacaq və atmosferə yanma hissəciklərinin atılması hesabına dünya atmosferi çirklənəcək. Bunun nəticələri iqlim dəyişikliyi və quruda və okeanlarda qida ehtiyatlarının azalması olacaq.

“Atmosferə 150 ​​teraqramdan çox (165 milyon tondan çox) his buraxılarsa, "qiyamətdən" 3-4 il sonra taxıl istehlakı təxminən 90% azalacaq”.

Alimlərin fikrincə, atmosferə ən çox his buraxılsa belə, məhz Avstraliya və Argentina adambaşına gündəlik istehlak edilən kilokalorinin optimal sayını saxlaya biləcəklər.

Alimlərin fikrincə, Rusiya ilə ABŞ arasında hipotetik tammiqyaslı nüvə müharibəsi baş verərsə, Yer kürəsinin əhalisi beş milyard nəfər azala bilər, planetin özü isə nüvə qışı ilə örtülər.