"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.
"Unikal" xəbər verir ki, Azərbaycan çempionu Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Matçın baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olacaq.
İki komanda indiyədək avrokuboklarda bir dəfə rəqib olub. 2016/2017 mövsümündə ÇL-in III təsnifat mərhələsinə təsadüf edən dueldə Plzen təmsilçisi qalib gəlmişdi. Çexiyadakı matçda qolsuz heç-heçə qeydə alınmışdı. Bakıdakı görüşdə 1:1 hesablı heç-heçəyə nail olan qonaqlar səfər qolu sayəsində mərhələ adlamışdılar. Bu mənada, sabahkı qarşılaşma "köhlən atlar" üçün revanş xarakteri də daşıyır.
Ağdam klubu oyuna ciddi itkilərlə çıxacaq. Mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər. Rəqibin heyətində isə hər hansı itki yoxdur.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
17 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya)
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)
VAR hakimləri: Neyts Kaytazoviç, Yure Praprotnik (hər ikisi Sloveniya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.