Dünyaca məşhur model Bella Hadid müsəlman atasından ayrı böyüdüyü üçün İslam dinindən uzaq qaldığını deyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında böyüyən Bella yaşadığı ərazidə müsəlman azlığından dolayı öz dini haqqında az məlumatı olduğunu deyib.
"Uşaqlıqdan atamdan ayrı böyüdüyüm üçün onunla bərabər dini ayinləri, İslama aid olan bayramları keçirə bilmədim. Müsəlman kimi böyüməyimə icazə vermədilər",- deyə Bella qeyd edib.
Qeyd edək ki, Bella Hadidin atası Muhammed Hadid əslən Fələstinli iş adamıdır.
Aynurə Xudaverdiyeva