SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” növbəti dəfə Göyçay rayonunda qurulub.
"Unikal" xəbər verir ki, aksiyada rayon və ətraf kəndlərdən üz tutan 10-dək sakinin müraciəti dinlənilib. Kürdşaban kənd sakini Fərid Musayev, Çayarxı kənd sakini, müharibə iştirakçısı Emin Hümbətov, 2-ci Ərəbcəbirli kənd sakini, müharibə iştirakçısı Ülvi Əliyev SOCAR “Azəriqaz” İB-də müvafiq işlə təmin olunmaları ilə bağlı müraciət ediblər. Çərəkə kənd sakini Ramiz Məmmədov bəzi hallarda təbii qaz təzyiqinin aşağı olduğunu bildirib. Bundan əlavə görüş zamanı əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacının sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı ilə əvəzlənməsinə dair müraciətlər də daxil olub. Ünvanlanan suallarla bağlı Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin məsul şəxsləri vətəndaşlara lazımi izahatlar verərək daxil olan müraciətlərin Birlik rəhbərliyinə çatdırılacağını qeyd ediblər.