Yanğın zamanı 3 ev və 10 təsərrüfata qismən ziyan dəyib.
"Unikal" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini bildirib ki, hazırda bu prosesdə hesablamalar aparılır. Hesablamalardan sonra vətəndaşlara dəymiş ziyan tam müəyyənləşəcək və ödəniləcək.
"Yanğının ən təhlükəlisi Şabran ərazisində yaranmışdı. Orada neft quyuları var və təhlükə o ərazilərdə daha çox idi. Biz Dövlət Neft Şirkəti ilə birlikdə bu təhlükənin qarşısını ala bildik", - nazir müavini qeyd edib.