Laçın şəhəri, Zabux və Sus Kəndləri Azərbaycan ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "AzərEnerji" ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə qurumdan məlumat verib.
"Məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb", - deyə məlumatda qeyd olunub.
"Azərenerji" Laçında fəaliyyətə başladı. pic.twitter.com/eACU68Y6O9
— Unikal Media Group (@UnikalOrgPortal) August 26, 2022