Ukraynadakı müharibədə daha bir azərbaycanlı döyüşçü həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynada yaşayan diaspor nümayəndəsi, jurnalist Anar Natiqoğlu məlumat paylaşıb.
O bildirib ki, soydaşımız Hüseynov Səid Vasif oğlu könüllü şəkildə savaşa qatılıb və Nikolayev istiqamətində gedən döyüşlərdə həlak olub.