Naxçıvan-Bakı istiqamətində hərəkət etməli olan 256 saylı reys gecikir.
Bu barədə "Unikal"-a Heydər Əliyev Hava Limanının məlumat mərkəzindən məlumat verilib.
Bildirilib ki, sözügedən reys 18:50-də Naxçıvandan çıxmalı olsa da, uçuş vaxtı 21.00-a dəyişdirilib.
Buna səbəb sözügedən təyyarənin Bakı-Naxçıvan istiqamətində gecikmə ilə getməsi olub. Bakıdan Naxçıvana hərəkət edən təyyarənin hansı səbəbdən gec uçduğu isə açıqlanmayıb.