Samuxda qanunsuz ov edən şəxslər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində Gəncə şəhər sakini Telman Rəhimovun “Ata arms”, Goranboy rayon sakini Elgün Ələsgərovun “adler-arms” və Goranboy rayon sakini Famil Hacıyevin “Huğlu” markalı ov tüfəngləri ilə müvafiq icazələri olmadan Samux rayonunda qanunla qadağan olunmuş ərazisində ov etmələri müəyyən edilib. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti orqana göndərilib.