Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi növbəti həftə (29.08-02.09.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla "Açıq mikrofon” aksiyaları keçiriləcək.
"Unikal" "Azəriqaz”a istinadən xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 15:00-dan 16:00-dək Şəmkir şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü saat 11:00-dan 12:00-dək Tovuz şəhərində (Şəhər Parkı) 3-cü günü saat 11:00-dan 12:00-dək Qazax şəhərində (Heydər Əliyev prospekti, Mərkəzi Xəstəxananın yanı), 4-cü günü saat 11:00-dan 12:00-dək Ağstafa şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək Daşkəsən şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.