Fərdi yaşayış evlərinin qaz xəttlərinin yerdəyişməsi ilə bağlı müraciətlər üzrə dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı "Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev məlumat verib.
 
O bildirib ki, abonentlər bu tip məsələlərlə bağlı SOCAR "Azəriqaz” İB-nə deyil, regionlar üzrə "ASAN xidmət”, Bakı şəhəri üzrə isə "ASAN Kommunal” mərkəzlərinə müraciət edəcəklər.