Sumqayıt şəhərində 24 yaşlı oğlan tanışı tərəfindən bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Emin Mikayılov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla tanışı, 1998-ci il təvəllüdlü Asif Nəcəfovu bıçaqlayıb. 

Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxs tutulub.