Sumqayıtda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisindəki mənzillərin birindən 8000 ABŞ dolları, 650 avro, gümüş aksessuarlar, spirtli içkilər və seyfdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elçin Məmmədov müəyyən olunaraq saxlanılıb.