Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Şimali Kiprə birbaşa aviareyslərin açılmasını müzakirə etdiyini bildirib,
"Unikal" xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Rusiyadan Şimali Kipr Türk Respublikasına birbaşa uçuşlar başlasa, əlbəttə ki, buna sevinəcəyik. prezident əlavə edib ki, turizmin yüksəlişi "iqtisadiyyatda böyük sıçrayışa" səbəb olacaq.
Türkiyə mətbuatı xəbər verir ki, Kipr türk "nəqliyyat naziri" Rusiyanın iki aviaşirkətinin noyabrın 15-də açılacaq yeni Ercan hava limanına reyslərin açılmasında maraqlı olduğunu bildirib.