Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə paytaxtın Cəfər Xəndan küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai Sonata" markalı avtomobil "Toyota Prius" markalı maşınla toqquşub.

Hadisə nəticəsində "Hyundai"ın sürücüsü yaralanıb, avtomobillərə isə ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Murad İbrahimli