Bakıda fermadan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə Şüvəlan qəsəbəsi ərazisindəki bir fermadan 8500 manat dəyərində arpa və 200 ədəd dibçəyin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Cavid Məmmədov və İrşad Musalı müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.