Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Turizm biznesi kafedrasının “Turizm dərnəyi”ndə Azərbaycan Respublikasında turizm işçiləri gününə həsr olunmuş onlayn elmi-praktik tədbir keçirilib.
"Unikal" xəbər verir ki, adıkeçən kafedranın müdiri, dos. Hafiz Hüseynov “Turizm sahəsinin inkişafına dövlət qayğısı”mövzusundakı məruzəsində ölkə iqtisadiyyatının bir çox sahələrində, o cümlədən turizm sənayesində də nəzərəçarpan irəliləyişlərin olduğunu diqqətə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi və xüsusi qayğısı ilə turizm sahəsində uğurlu islahatların həyata keçirildiyini detallı faktlarla isbatladı. İşğaldan azad edilmiş ərazilərin bərpası, inkişafı, zəruri infrastrukturun yaradılması,əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlərə, o cümlədən bir sıra rayonların iqtisadi baxımdan əhəmiyyətinə aydınlıq gətirdi. H.Hüseynov yeni iqtisadi rayonların təbii ehtiyatları, diqqətçəkən gözəllikləri və onlarla tarixi abidələrindən söz açdı. Ölkənin şah damarı sayılan nəqliyyat infrastrukturunun müasir səviyyədə qurulması amilini birmənalı olaraq turizmin inkişafına əsaslı təkan verəcəyini dedi. “Azərbaycan Respublikasında turizm işçiləri gününə həsr olunmuş”onlayn tədbirdə Bakı Turizm ekskursiya agentliyinin direktoru Əlixan Mürvətovun “Turizm gününün yaranma tarixi,Bakı Turizm ekskursiya agentliyinin meneceri Nəzrin Əliyevanın“Ümumdünya turizm gününün tarixi haqqında”məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir fikir mübadiləsi çərçivəsində başa çatıb.