Rusiyada qismən səfərbərliyə çağırılanların olduğu avtobus qəzaya düşüb.

"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Hadisə Tatarıstanın Buqulma rayonunda baş verib. Məlumata görə, avtobus əvvəlcə dayanacağa çırpılıb, bunun ardınca xəndəyə düşüb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Hadisə yerinə polis əməkdaşları yollanıblar. Onlar qəzanın təfərrüatını araşdırırlar.