Gəncədə qaz partlaması nəticəsində xəsarət alan yaşlı qadın xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, sentyabr ayının 29-da Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Nadya Qayalova yaşadığı evdə hamam isidicisini yandıran zaman qaz partlayışı olub, nəticədə vətəndaş 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Göstərilən bütün tədbirlərə baxmayaraq N. Qayalova sentyabr ayının 30-da Bakı şəhər yanıq mərkəzində vəfat edib.
Tural Əhmədov