ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Türkiyə prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri İbrahim Kalın arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, İstanbulda bir araya gələn tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları barədə fikir mübadiləsi aparılıb. Həmçinin Şərqi Aralıq dənizində fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın vacibliyi qeyd edilib.
Danışıqlarda Finlandiya və İsveçin NATO-ya üzvlüyü də müzakirə olunub.