Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin 3, Xerson vilayətinin 3 kəndini ruslardan azad edib. 

"Unikal" xəbər verir ki, ərazilərin azad edilməsi əməliyyatında Ukrayna Silahlı Qüvvələri və yerli müdafiəçilər iştirak ediblər.

***14:17

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Novopetrivka şəhərində Ukrayna bayrağını qaldırıb.

"Unikal" xəbər verir ki,  bu barədə  Ukrayna KİV-ləri məlumat yayıb. 

"Novopetrivka Xerson vilayətinin Berislav rayonunun Visokopil qəsəbə icmasında yerləşir. Genişmiqyaslı işğaldan əvvəl orada yaşayan əhalinin sayı təxminən 835 nəfər idi", - KİV qeyd edib.