"Bizim müzakirə edəcəyimiz mövzular çoxdur".
"Unikal" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Kansler qeyd edib ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələsi də müzakirə olunub: "İki ölkə liderlərinin dialoqda olması yaxşı haldır. Hər iki tərəfin lazımi konstruktivliyi göstərəcəyini gözləyirəm".
Şolts əlavə edib ki, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesinin başlanması xəbərini alıb. O, bunu müsbət qiymətləndirərək, bu il sülh sazişinin imzalanacağına inandığını qeyd edib.
Ağarza Elçinoğlu