Cinayət təşkilatına üzv olduğu iddiası ilə həbs edilən sosial media fenomeni Candan qardaşlarından Nihal Candan səhhətində yaranan problemlərə görə sərbəst buraxılıb.
"Unikal" xəbər verir ki, bir müddət sonra qidalanma vərdişləri pisləşən Nihal Candana "anoreksiya nervosa" adlı xəstəlik diaqnozu qoyulub. Xəstəliyi səbəbindən 37 kilo arıqlayan Nihal Candanın psixoloji cəhətdən qeyri-sabit olduğu da bildirilib.
Həkimlər dünən xəstəxanaya yerləşdirilən Candanın həbsxanada müalicəsini davam etdirə bilməyəcəyini bildiriblər. Vəziyyəti qiymətləndirən məhkəmə, Candan'ın həbssiz mühakimə üzrə sərbəst buraxılmasına qərar verib. Nihal Candanın bu gün saat 18:00-da sərbəst buraxılacağı gözlənilir.
Zərifə Nağıyeva