SOCAR “Azəriqaz” İB şəhid ailəsi, müharibə veteranı, qazi və bu kimi statusa malik vətəndaşların qayğılarına hər zaman xüsusi həssaslıqla yanaşır.
"Unikal" xəbər verir ki, qarşısına qoyduğu bu missiyanı layiqincə yerinə yetirməyə çalışan Birliyin növbəti hədəfi Goranboyun Qazançı kəndində yaşayan həssas qrupun üzvləri olub. Daha dəqiq qeyd edilən qəbildən olan 12 ailənin fərdi yaşayış evlərinin qazlaşdırılması işləri həyata keçirilib. Görülən işlər çərçivəsində müxtəlif diametrli borulardan istifadə etməklə 6981 metr daşıyıcı və küçə qaz xətləri çəkilərək istismara verilib.