Gəncədə 43 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü A.Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin ağlr olduğu bildirilir.  Məlumata görə A.Hüseynov qonşusu tərəfindən bıçaqlanıb. Hadisənin hansı  səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov