“Azərbaycanda təxminən 150 minə qədər kiçik və orta sahibkar var. Bunlara kömək etmək, məsləhət vermək bir dövlət orqanının görəcəyi iş deyil”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, Azərbaycanda qanunlar deklarativ xarakter daşımamalı, yəni, nəzəri olmamalıdır:
“Qanunların işləməsi üçün mexanizmlər işlənib hazırlanmalıdır. Biz mətbuatdan korrupsiya ilə bağlı xəbərlər oxuyuruq. Korrupsiyanın azalması üçün mexanizmlər işlənməlidir. Hamımız Azərbaycan reallığında yaşayırıq. Azərbaycanda tenderlər formal xarakter daşıyır və tenderin qalibi əvvəldən məlumdur. Tenderlərin keçirilməsi üçün daha şəffaf mühit yaradılmalıdır. Biz sahibkarlara bununla dəstək ola bilərik".
Spiker Sahibə Qafarova isə bildirib ki, tenderlərlə bağlı qanun-qayda var: “Tenderlər bu qanun-qayda ilə həyata keçirilir”.
Anar Kəlbiyev