Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.
"Unikal" xəbər verir ki, qəbul Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.