Tanınmış idman yazarı Şakir Yaqubov 71 yaşında dünaysını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

O, 1951-ci il fevralın 25-də Astaranın Bala Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib.