Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"  apaya istinadən xəbər verir ki, hadisə Montin qəsəbəsində baş verib.Əliyar Əliyev küçəsində 1994-cü il təvəllüdlü Səmədov Orxan Yenubər oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. O, ürəyindən bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.