Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, buna qədər Natiq Ağayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sumqayıt şəhər idarəsinin rəisi işləyib.

Qeyd edək ki, o, polkovnik rütbəsini daşıyıb.

Orxan Həsənli