Gəncədə 26 yaşlı oğlan bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.1996-cı il təvəllüdlü R.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyata götürülüb, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı şəraitdə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov