17.10.2022-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Abbasov Pünhan Nəsir oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.
"Unikal" xəbər verir ki, Abbasov Pünhan Nəsir oğlu 17.08.1997 -ci il tarixində Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub.
44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan “Dəmir yumruğ” əməliyyatında Suqovuşan istiqamətindəki döyüşlərdə iştirak etmişdir və 17.10.2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun, şəhidin ailə üzvlərinin, qazilərin, Milli Məclisin deputatı Aydın Hüseynovun, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyevin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, Qaradağ rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstəsi qoyulub. Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə ediblər.