Milli Məclis Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
"Unikal" xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu göndərilsin.
Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.
Anar Kəlbiyev