Ukrayna səfiri Vladislav Kanevski Azərbaycan xalqını təbrik edib.
"Unikal" xəbər verir ki, bu barədə ukraynalı diplomat "Facebook"da bildirib.
"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə demişdi: “Müstəqillik yolu qədər çətin yol yoxdur”. Hələ uzaq 1995-ci ildə deyilən bu sözlər peyğəmbərcəsinə söylənmiş oldu... və təkcə Azərbaycan üçün deyil. Dost Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirik! Sülh, əmin-amanlıq və çiçəklənmə arzu edirik!" - ukraynalı diplomat qeyd edib.