Vətən müharibəsi şəhidi Vahid Alıyevin qardaşı Nahid Alıyev "Azfen" şirkətindən şikayətçidir.
Bununla bağlı "Unikal"a müraciət edən Nahid Alıyev bildirib ki, 11 il sözügedən şirkətdə çalışıb. Onun sözlərinə görə, "Azfen" şirkətində əvvəl mexanik vəzifəsində, daha sonra isə boru şöbəsində işləyib:
"Məni müqavilə müddətim bitdiyinə görə işdən çıxardılar. Baxmayaraq ki, digər əməkdaşların da müqavilə müddəti bitmişdi, amma onların adamları var idi deyə müqavilələrini uzatdılar. Mən isə kənarda qaldım. Şəhid qardaşım Vahid Alıyevin ölüm kağızını şirkətə təqdim etdim. Şəhid qardaşı olmadığımı nəzərə almadılar.
Artıq 1 aydan çoxdur ki, işsizəm. Mənim istəyim ondan ibarətdir ki, "Azfen" şirkətinə işə bərpa olunum. Cənab Prezident İlham Əliyevin də tapşırığı var ki, şəhid ailələri işlə təmin olunsun, onlara qayğı göstərilsin. "Azfen" şirkəti isə buna əməl etmir", - deyə şikayətçi əlavə edib.
Qeyd edək ki, Nahid Alıyevin qardaşı Vahid Alıyev 1989-cu il fevralın 18-də Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Vahid Alıyev 2020-ci il oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.
Murad İbrahimli