Türkiyəli aktyor İlkər Kalelinin yeni layihəsi bəlli olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "La pasion turca" (Türk tutkusu) adlı ekran işində rol alacaq. Kalelinin tərəf müqabili isə Meggi Sivantos olacaq.

Layihə İspaniyanın "Antena 3" kanalında yayımlanacaq.

Serialın çəkilişlərinə ayın sonu İstanbulda başlanacaq.