“Ali təhsil müəssisələrinin çoxu tələb edir ki, təhsil haqqı bir dəfəyə ödənilsin”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
"Elm və Təhsil Nazirliyinin Kollegiyasının təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var. Amma bu, bizdən asılı deyil, bu, universitetlərin rəhbərliyindən asılıdır. Bu, sosial kreditlərdir. Bu krediti götürməyə çəkinirlər. Başa düşmürlər ki, bu sosial kreditlərdir, faiz tutulmur. Hətta bəlkə dövlət başçısı bunu nə vaxtsa bağışlayacaq, bu ödənişi tələb etməyəcək”.