"Son 2 ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard dollardan artıq vəsait yönəldilib".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Nazir müavini bildirib ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur ermənilər tərəfindən tamamilə məhv edilib:
"İndi həmin ərazilərin sıfırdan bərpası lazımdır. Lakin ermənilərin həmin əraziləri minalarla çirkləndirilməsi yenidənqurma və bərpa işləri qarşısında dayanan əsas maneədir. Ermənilər hələ də mina xəritələrini verməkdən imtina edirlər. Xəritələrin dəqiqliyi isə heç 25 faiz deyil. Bu günə qədər 3300-ə yaxın insan mina qurbanı olub”.