Daxili işlər orqanlarında yeni təyinat olub.
"Unikal"ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən polis leytenantı Zalov Ramin Rəhim oğlu Goranboy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyat müvəkkili vəzifəsinə təyin edilib.
R.Zalov bu təyinata qədər Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində çalışıb.
Qeyd edək ki, Ramin Zalov Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisi Rəhim Zalovun oğludur.
Tural Əhmədov