Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırmalar zamanı rayonun İspik kənd sakini Mütəllim Qasımovda bir ədəd müvafiq sənədləri olmayan ov tüfənginin olması müəyyən edilib və götürülüb.
Faktla bağlı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.