Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə oktyabrın 19-da saat 22 radələrində rayon ərazisində kirayədə yaşayan Bakı şəhər sakininin evinə gələn 2 nəfərin bıçaqla ona xəsarət yetirərək evdən 4500 manat pulunu talayıb aparmaları barədə müraciət daxil olub.
"Unikal" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Qafarov və Lənkəran rayon sakini Röyal Əhədzadə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.