Ötən ay bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 3,4 faiz (361 milyon manat) artaraq 10 milyard 993 milyon manat təşkil edib.
"Unikal" xəbər verir ki, əmanət portfelinin 54,3 faizi (5 milyard 964,2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 992,3 milyon manat olmaqla (ay ərzində artım 3,4 faiz və ya 590,3 milyon manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (20 milyard 380,7 milyon manat) 88,3 faizini təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında əvvəlki aya nəzərən 0,5 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 4,4 faiz bəndi azalaraq 39,2 faiz olub.