"İran Ermənistana qaz ixracını 2 dəfə artıracaq. Hazırda Ermənistanın illik 2.6 kub metr qaz idxalının 15.0 faizi İranın payına düşür".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, İran Ermənistana gündəlik bir milyon kubmetrdən çox qaz ixrac edir:
"Bu ilin 8 ayında ticarət dövriyyəsini 43.0 faiz artıran İran Ermənistanla 3 milyard dollarlıq ticarət qurmağı hədəfləyir. Ermənistanın hər mənada qayğısına qalan ölkə islamı siyasət səviyyəsinə gətirən İrandır. Maskalar artıq cırılır, hər mənada", - deyə deputat bildirib.