Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan qazının Avropaya nəqli məsələsini müzakirə edib.
"Unikal" xəbər verir ki, Türkiyə prezidenti canlı yayım zamanı sualları cavablandırarkən "Qaz Mərkəzi" ilə bağlı açıqlama verib.
Ölkə başçısı Azərbaycana son səfəri zamanı bunun müzakirə olunduğunu bildirib. Ərdoğan qeyd edib ki, iki ölkə arasında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri mövcuddur.
Onun sözlərinə görə, TANAP vasitəsi ilə isə Azərbaycandan nəql olunacaq əlavə təbii qaz Türkiyənin qaz mərkəzi olması mövzusunda önəmli faktor olacaq.